Azərbaycan Premyer Liqasında 32-ci turun oyunlarına yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.
İlk oyun paytaxtda keçirilib. Çempionatın aşkar autsayderi "Bakı” "Xəzər Lənkəran”ı qəbul edib. Oyun 2:1 hesabı ilə "Bakı"nın qələbəsi ilə başa çatıb.
Digər oyunda lider "Qarabağ” "Qəbələ”nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da Roman Qriqorçukun komandası səkkiz oyunluq qələbə seriyasını davam etdirə bilməyib.
2 may (cümə)
Azərbaycan Premyer Liqası, 32-ci tur
19:00. "Qəbələ” – "Qarabağ” - 1:1
Qollar: Reynaldo, 55 (0:1), Cavid Hüseynov, 90-pen (1:1)
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev
Qəbələ şəhər stadionu.
17:00. "Bakı” – "Xəzər Lənkəran” - 2:1
Qollar: Nurlan Novruzov, 17-pen (1:0), 23 (2:0), Sadio Tounkara, 56 (2:1)
Qırmızı vərəqə: Qeyrət Əliyev, 60 ("Bakı")
Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
2 may (şənbə)
20:00. "Neftçi” – "Sumqayıt” - 2:2
Qollar: Slavik Alxasov, 10 (0:1), Nikolas Kanales, 14 (1:1), Məhəmməd Qurbanov, 18 (1:2), Samir Məsimov, 86 (2:2)
Qırmızı vərəqə: Nikolas Kanales, 45 ("Neftçi")
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov
8-ci km qəsəbə stadionu.
17:00. "Simurq” – "İnter” - 2:3
Qollar: Arif Daşdəmirov, 2 (0:1), Samir Zərgərov, 8 (1:1), Vadim Abdullayev, 22 (2:1), Mikel Alvaro, 37 (2:2), 43 (2:3)
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu.
Turnir cədvəli