Türkiyənin Trabzon şəhərində Sürmənə bölgəsində "Fənərbaxça” klubuna silahlı hücum etməkdə şübhəli bilinən Emre Anın hadisədən dərhal sonra sosial mediada bu barədə video paylaşdığı ortaya çıxıb. 


Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun yaydığı görüntülərdə İstanbul klubunun futbolçuları silahlı hücumdan sonra komandanın avtobusundan enib digərinə minirlər.

Həmin görüntülərdə diqqət çəkən digər əsas məqam isə şübhəli bilinən digər şəxs Nihat S-in də olay yerində olmasıdır. O, telefonla gülərkən orada görünür.  

Türkiyə mətbuatının yazdığına görə bütün bunları dəlil gətirən Trabzon valisi Abdil Cəlil Öz silahlı hücumu edənlərin məhz bu iki şəxs olduğunu bildirib. 

"Trabzonspor” klubunun prezidenti İbrahim Hacıosmanoğlu da hadisə haqqında məlumat atmaq üçün dünən polisə gedib. O, polis idarəsindən çıxarkən şok təpki il qarşılaşıb. Belə ki, hadisəyə görə şübhəli bilinərək saxlanılan Emre A-nın anası Hacıosmanoğluna "sənə görə mənim oğlum saxlanılıb. Onu azad et” deyərək etiraz edib. Trabzon klubunun prezidenti də ona "səbrli ol, hadisələrin sonun gözlə” deyib.