Martın 11-nə keçən gecə Çempionlar Liqasında 1/8 finalın 2 cavab oyunu keçirilib.

Mia.az xəbər verir ki, Portuqlaiyanın "Portu" komandası  "Bazel"i darmadağın edərək, növbəti mərhələyə çıxıb - 4:0. 

Qeyd edək ki, bu komanndalar arasında keçiriilmiş ilk oyun 1:1 olub.

Turun digər qarşılaşması isə "Real Madrid"lə "Şalke 04" arasında baş tutub. "Real" bu oyunda 3:4 hesabı ilə uduzsa da, ilk oyundakı 2:0-lıq qələbə sayəsində adını 1/4-ə yazdırıb.

Bu gecə isə aşağıdakı oyunlar keçiriləcək:

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
(İlk oyun - 1:1)

23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
(İlk oyun - 0:0)