Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Günün ilk oyun paytaxtda baş tutub.
Mia.az xəbər verir ki, burada "İnter” "Simurq”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Qolları Baçana Sxadadze 18 (1:0), Elvin Məmmədov 79 (2:0), Marko Stanoyeviç 87 (2:1) vurublar.
Turuni digər qarşılaşması "Neftçi” ilə "Sumqayıt”ın arasında baş tutub. Oyunda yeganə qolu 83 –cü dəqiqədə Nikolas Kanales vurub. Bu qələbə sayəsində «Neftçi» xalını 39-a çatdırıb və 3-cü pillədəki mövqeyini möhkəmləndirib.
Turun mərkəzi oyunu Respublika stadionunda lider "Qarabağ”la "Qəbələ” arasında baş tutub. Oyun 0-1 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb. "Qarabağ”lı oyunçu öz qapısına qol vurub.
"Xəzər Lənkəran" isə "Bakı"nı qəbul edib və 2-1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Araz Naxçıvan" çempionatdan çıxdığından AZAL bu turda istirahət edib.
Mia.az