UEFA 2016/2017 mövsümündən etibarən Avropa Liqasının formatında müəyyən dəyişiklik edəcək.
Məlumata görə, daha öncə
"fair-pley" qaydalarına riayət edən ən yaxşı üç ölkənin klubu Avropa
Liqasında oynamaq hüququ qazanırdı.
Lakin
2016/2017 mövsümündən etibarən buna icazə verilməyəcək. Əvəzində həmin
klubların federasiyalarına pul müdakatı təqdim ediləcək. Həmin məbləğ
federasiyaların himayəsi altında həvəskar və peşəkar klubların inkişafına sərf
olunacaq.
Qeyd
edək ki, cari mövsüm "fair-pley" qaydalarına görə
"Brommapoykarna" (İsveç), "Tromse" (Norveç) və MyPa
(Finlandiya) klubları Avropa Liqasında oynamaq hüququ əldə edib.