Bu gün baş tutacaq İstanbul derbisinin baş hakimi FIFA dərəcəli hakim Cüneyt Çakır olacaq.
Derbi.az xəbər verir ki, bu oyun məşhur hakimin karyerasındakı 18-ci derbi olacaq.
Bu qarşılaşmaya qədər iki komanda arasındakı 6 oyunda əsas söz sahibi olmuş Çakır bu müddətdə hər iki komandanın oyunçularına 1 dəfə qırmızı vərəqə, 30 dəfə isə sarı vərəqə göstərib.
Yeganə qırmızı vərəqəni 2008/2009 mövsümünün 16-cı həftəsində oynanan qarşılaşmada "ağ-qaralar”ın futbolçusu Delqado görüb.
Baş tutan oyunların 4-də "Qalatasaray”, birində "Beşiktaş” qələbə qazanıb. Digər bir oyun isə bərabərliklə başa çatıb.
"Qalatasaray” 10, "Beşiktaş” isə 6 dəfə qola sevinib.
Təcrübəli hakimin idarə etdiyi son oyunda, ötən mövsümün 22-ci həftəsində baş tutan qarşılaşmada "aslanlar” "qartal”ı 1-0 hesabı ilə yenmişdi.
Yeganə qolu penalti zərbəsindən Səlcuq İnan qeyd etmişdi.