Avropa Liqasının "Beşiktaş" - "Tottenhem" matçında xoşagəlməz hadisə baş verib.
Fanat.az xəbər verir ki, saat 22.00-da Atatürk Olimpiya stadionunda başlayan qarşılaşma 8-ci dəqiqdə dayandırılıb.
Buna səbəb stadionun progektorlarında yaranan problem olub. Belə ki, 8-ci dəqiqədə stadion qaranlığa bürünüb. Bundan sonra hakim oyunu dayandırıb.
"Beşiktaş"lı fanatlar mobil telefonlarının işıqları ilə müxtəlif işıq şouları göstərib və "Yetər Demirören" şüarı səsləndiriblər.
Oyun təxminən 17 dəqiqəlik fasilədən sonra davam etdirilib.