Bu gün Avropa Liqasında "Qarabağ" sonuncu - VI turun oyununa Milan "İnter"ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda hesab açılmayıb.
Mia.az xəbər verir ki, oyununu son dəqiqəsində komandamız qol vursa da, çexiyalı FIFA referisi Miroslav Zelinka 100 faizlik qolu hesaba almayıb. Bunla da komandamız mübarizəni dayandırmalı olub.
Çünki qrupun digər oyununda "Dnepr" "Sent-Etyen"ə 1-0 qalib gəlməklə xalını 8-ə çıxarıb və "İnter"lə bərabər tur adlayıb.
Mia.az