"Turnir cədvəlində qonşu pillələrdə olan komandalar oynayırdı. Biz "Qarabağ”la xal fərqini azaltmaq istəyirdik. Maraqlı oyun oldu. "Qarabağ” həm çempionatda, həm də Avropa Liqasında sabit futbol sərgiləyir”.
Bu sözləri "Neftçi” klubunun baş məşqçisi Arif Əsədov "Qarabağ”la oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
O, oyunun nəticəsini ədalətli hesab etdiyini bildirib: "Bu oyunda hər iki komandanın şansları oldu. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi elə 0-0 idi. Hakim ciddi səhvlər etmədi. Sadəcə, ilk hissədə Almeyda bizim futbolçuya kəllə atdı. Amma ümumi götürsək, Əliyar Ağayevin ciddi səhvi olmadı”.