Türkiyə Kubokunda qrup mərhələsinin ilk turunda "Qalatasaray” yeni məşqçi Həmzə Həmzəoğlu ilə ilk qələbəsini qazanıb. 

İstanbul klubu "Eskişehirspor”u 4:2 hesabı ilə məğlub edib. 

"Qalatasaray”ın qollarını Səlcuq İnan (15 36 (penalti)), Armindo Bruma (83) və Umud Bulud (89) vurub. "Eskişehirspor”da isə Sərdar Özkan (5) və Erkut Şəntürk (61) fərqlənib.

Qeyd edək ki, "Qalatasaray”da Qoran Pandev penaltibni qola çevirə bilməyib. 57-ci dəqiqədə isə Felipe Melo qırmızı kartla meydandan qovulub.