Azərbaycan kubokunda 1/4 finalın 3 cütlüyü müəyyənləşib.

1/4 finalın ilk cütlüyü "Neftçi" - AZAL matçı olub.

"Neftçi" 1/8 finalda "Qaradağ Lökbatan"ı 3:0, AZAL isə birinci divizion təmsilçisi "Neftçala"nı 2:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Artıq ikinci cütlük də bəlli olub. 1/8 finalda MOİK-ə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələdə "Sumqayıt"ı penaltilər seriyasında üstələyən (4:3) "Bakı" ilə üz-üzə gələcək. 

1/8 finalda öz meydanında "Ağsu"ya 3:0 hesabı ilə qalib gələn "Qəbələ"nin növbəti mərhələdəki rəqibi müəyyəbləşib. Qəbələ təmsilçisi 1/8 finalda "Rəvan"ı mübarizədən kənarlaşdıran (6:0) "Simurq"la qarşılaşacaq. 

Bu mərhələnin son cütlüyünə hazırda davam edən "İnter" - "Şahdağ" matçından sonra aydınlıq gələcək. 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları martın 4-də, cavab matçları isə martın 13-də keçiriləcək.

Azərbaycan kubokunda 1/4 finalın cütlükləri:

"Neftçi" - AZAL 

"Bakı" - "Qarabağ"

"Simurq" - "Qəbələ"

Qol.az