Türkiyə superliqasında növbəti  oyun günündə daha iki qarşılaşma keçirilib.

Öz meydanında "Sivasspor"la qarşılaşan "Mersin" klubu rəqibinə 2:0 hesabı ilə qalib gəlib. 

"Fənərbaxça” isə doğma divarlar arasında "Eskişehispor”la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, superliqada 11-ci tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

Oyun və qollar:

"Mersin” – "Sivasspor” -2:0
Qollar: Nakoulma, 57, Kaloğlu, 90

"Fənərbaxça” – "Eskişehirspor” -2:2
Qollar: Zengin, 28 (0:1), Vebo, 70 (1:1), Funes, 87 (1:2), Sou, 90+3 (2:2)