"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Barselona"nın futbolçusu Lionel Messinin London klubuna keçidi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Sky Sports"a danışan portuqaliyalı mütəxəssis argentinalı futbolçunu transfer etməyi düşünmədiklərini deyib:

"Messi kimi futbolçular haqda yanlış xəbərlər yaymaq çox asandır. Bir çoxları xəbərin doğru olub-olmadığını yoxlamadan çap etməyə hazırdırlar. Aydındır ki, bu xəbərlər yanlışdır. Messini transfer etməyi düşünmürük".

Qeyd edək ki, qarşıdakı illərdə "Barselona"dan ayrılacağı gözlənilən Messinin "Çelsi"yə transferə olunacağı bildirilir.