"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola dünən Çempionlar Liqasının qrup mərhələsinin V turunda məğlub olduqları "Mançester Siti" ilə oyun haqda danışıb.
Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında komandasının məğlubiyyətə layiq olmadığını bildirib:
"Bəli, "Mançester Siti"yə uduzduq. Bununla belə, komandamla qürur duyuram. Azlıqda qalmağımıza baxmayaraq, layiqli mübarizə apardıq. Futbolçularıma əhsən deyirəm. Komandam bu görüşdə məğlubiyyətə layiq deyildi".
Qeyd edək ki, "Mançester Siti" - "Bavariya" oyunu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.