Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Mia.az Qol.Az-a istinadən xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.

Turun mərkəzi qarşılaşması "Dalğa Arena”da baş tutub. Burada "Xəzər Lənkəran” prinsipial rəqibi "Neftçi”ni qəbul edib. Gərgin keçən görüşdə qapılara 4 qol vurulub. Eyni zamanda 4 qırmızı vərəqənin olduğu matçda qalib müəyyənləməyib - 2:2.

Digər oyunda isə "Bakı” "Sumqayıt”ın qonağı olub. Sumqayıt şəhər stadionunda qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.

Qeyd edək ki, turnir cədvəlinə 24 xalla "Qarabağ” başçılıq edir.

 24 noyabr

Azərbaycan Premyer Liqası, 13-cü tur

17:00. "Xəzər Lənkəran” – "Neftçi” - 2:2
Qollar: 
Qalin İvanov, 8 (1:0), Ruslan Qurbanov, 10 (1:1), Əfran İsmayılov, 35 (2:1)
Qırmızı vərəqə: Emil Balayev, 15 ("Neftçi"), Sadio Tounkara, 45 ("Xəzər Lənkəran"), Elnur Allahverdiyev, 49 ("Neftçi"), Əfran İsmayılov, 74 ("Xəzər Lənkəran") 
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Əliyar Ağayev 
Bakı. "Dalğa Arena”.

17:00. "Sumqayıt” – "Bakı” - 1:1
Qollar: 
Nurlan Novruzov, 1 (0:1), Kiyan Sultanpur, 84 (1:1) 
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, Orxan Məmmədov
Sumqayıt şəhər stadionu.