Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda "Araz Naxçıvan”ın fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Liqasına 11 noyabr 2014-cü il tarixli müraciəti müzakirə olunub və aşğıdakı qərar qəbul edilib:
AFFA-dan verilən məlumata görə, "Araz Naxçıvan” klubu 2014/2015-ci il mövsümündə Topaz Premyer Liqasından və ölkə kuboku oyunlarından xaric edilsin. Klub oyunların 50 %-dən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil edilsin (maddə 11, maddə, 56).