"Avro-2016"nın seçmə mərhələsində IV turun oyunları davam edir.
Millimizin yer aldığı H qrupu ilə yanaşı, A və B qruplarında növbəti oyunlar keçiriləcək.
A qrupunda uğursuz çıxışı ilə diqqət çəkən Türkiyə millisi bu turda evdə Qazaxıstanla qarşılaşacaq. Fatih Terimin komandası bu görüşdə qalib gəlməklə seçmə mərhələdə ilk qələbəsini qazanmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qrupun digər matçında Hollandiya yığması evdə Latviya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrup liderləri Çexiya və İslandiya yığmaları Praqada üz-üzə gələcəklər. Bu görüşdə qələbə qazanacaq komanda liderliyini daha da möhkəmləndirəcək. Həmin matçın da start fiti Bakı vaxtı ilə saat 23:45-də veriləcək.
B qrupunda Belçika doğma azarkeşləri önündə Uelsi, İsrail isə Bosniya və Hersoqovinanı qəbul edəcək. Qrupun autsayderi Andorra yığması isə səfərdə Kiprin qonağı olacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da, digər iki görüşlər isə saat 23:45-də başlayacaq.
A qrupu
21:00. Hollandiya - Latviya
23:45. Çexiya - İrlandiya
23:45. Türkiyə - Qazaxıstan
Komandalar | O | Xal | |||||
1. | İslandiya | 0 | 8:0 | ||||
2. | Çexiya | 0 | 0 | 8:4 | |||
3. | Hollandiya | 4:5 | |||||
4. | Latviya | 1 | 1:4 | ||||
5. | Türkiyə | 2:6 | 1 | ||||
6. | Qazaxıstan | 0 | 2 | 3:7 |
B qrupu
21:00. Belçika - Uels
21:00. Kipr - Andorra
23:45. İsrail - Bosniya və Hersoqovina
Komandalar | O | Xal | |||||
1. | Uels | 1 | 0 | 4:2 | |||
2. | İsrail | 0 | 0 | 6:2 | |||
3. | Belçika | 1 | 0 | 7:1 | |||
4. | Kipr | 1 | 0 | 4:5 | 3 | ||
5. | Bosniya və Hersoqovina | 0 | 1 | 2:3 | 2 | ||
6. | Andorra | 0 | 0 | 2 | 2:12 | 0 |