"İnter”lə oyunda hər iki komandanın qalib gəlmək şansları var idi. Hətta ilk hissədə rəqib hesabı 0:2 edə bilərdi. Biz isə ikinci hissədə daha inamlı təsir bağışladıq. Ancaq doğma meydanda "İnter”ə qalib gəlməli idik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın Avropa Liqasını qrup mərhələsindəki rəqiblərindən olan "Sent Etyen” klubunun futbolçusu Fabien Lemuan İtaliya "İnter”i ilə oyun (1:1) haqda danışarkən deyib.
Klubun rəsmi saytına açıqlama verən fransız yarımmüdafiəçi "pley-off”a adlamaq şanslarından və növbəti turda "Qarabağ”la qarşılaşacaqları oyundan da danışıb: "Dnepr”in "Qarabağ”a qalib gəlməyi bizi ikinci pilləyə yüksəltdi. Ancaq üç komandanın dörd xalı var. Bu isə hər üç komandanın "pley-off”a çıxmaq şansının olduğunu göstərir. Qarşıda iki vacib oyunumuz var. Birinci matçımız doğma meydanda "Qarabağ”a qarşı olacaq. Bu görüş qrupdan çıxmaq baxımından həlledici olacaq".
Xatırladaq ki, "Snet Etyen” – "Qarabağ” matçı noyabrın 27-də, Fransada keçiriləcək.
"“Qarabağ”la oyun qrupdan çıxmaq baxımından həlledici olacaq"
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11