Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün elan etdiyi müsabiqənin pul mükafatını azaldıb.
Bu haqda qərar KİVDF-nin bu gün keçirilən iclasında qəbul edilib. Qərara görə jurnalist müsabiqəsindəki mükafat pulu yarıbayarı azaldılaraq qalibə 1000 manat yox, 500 manat veriləcək. Pul mükafatının azaldılması isə 1-ci yerin qaliblərinin sayının artırılması ilə izah olunur. Əvvəllər hər nominasiya üzrə 1-ci yer 3 nəfərə verilirdisə, dəyişiklikdən sonra birinci yerin qaliblərinin sayı 6 nəfərə qaldırılıb.
Bu xəbəri Fondun icraçı direktoru Vüqar Səfərli təsdiq edərək bildirib ki, qaliblərin müəyyənləşdirilməsi ilə bağlı mövcud müsabiqə şərtlərinə yenidən baxılıb, hər istiqamət üzrə ümumilikdə 6 nəfər qalibin müəyyənləşdirilməsi daha məqsədəuyğun sayılıb.
Daha bundan sonra müsabiqədə hər istiqamət üzrə I yer üçün 500 AZN olmaqla 1, II yer üçün 300 AZN olmaqla 2, III yer üçün isə 200 AZN olmaqla 3 mükafat veriləcək və qaliblərin sayı 114 nəfərə çatacaq..
KİVDF jurnalistlərin mükafat pulunu azaltdı
DİGƏR XƏBƏRLƏR
2026-04-06 18:04
2026-04-03 12:28
2026-04-02 10:00
2026-04-01 10:12
2026-03-31 17:28
2026-03-31 15:04