Bu gün Çempionlar Liqasında IV turun oyunlarına start veriləcək.

A qrupunun lideri Madridin "Atletiko” klubu səfərdə "Malmö”nün qonağı olacaq. Qrupun digər oyununda "Yuventus” öz meydanında "Olimpiakos”u qəbul edəcək.

Turun ən maraq doğuran oyunlarından biri B qrupunda baş tutacaq. Burada Madrid "Real”ı doğma meydanda "Liverpul”la üz-üzə gələcək. Qrupun digər matçında "Ludoqorotes” klubu səfərdə "Bazel”in qonağı olacaq.  

C qrupunda Rusiya "Zenit"i lider "Bayer” (Leverkuzen) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.  "Monako” isə səfərdə qrupun autsayderi "Benfika”nın qonağı olacaq. 

Azərbaycanlı azarkeşlərində maraqla gözlədiyi oyun D qrupunda keçiriləcək. Türkiyənin "Qalatasaray” klubu Dortmundda "Borussiya" ilə qarşılaşacaq. "Cim Bom" qrupdan çıxmaq şansını saxlaması üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. Qrupun digər oyununda isə "Arsenal” evdə "Anderlext”i qəbul edəcək.