Dubayda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda Macarıstanın gənclərdən ibarət yığması ilə üz-üzə gəlib.

Axar.az xəbər verir ki, millimiz macarları 7:0 hesabı ilə darmadağın edib. Asif Zeynalovun het-trik etdiyi oyunda Sabir Allahquliyev, Comərd Baxşəliyev, Orxan Məmmədov və Elvin Quliyev hərəyə bir dəfə fərqləniblər.

- See more at: http://axar.az/news/33769#sthash.CvGyXrSO.dpuf