"Bizim üçün hər bir qələbə vacibdir. Rəqib hesabda geridə olsa da, mübarizə aparırdı. Bir neçə epizodda səhv etdik. Amma bütün bunlara baxmayaraq, oyunumuzdan razıyam".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turunda "Araz Naxçıvan"a qalib gəldikləri oyundan (4:0) sonra deyib.

"Araz Naxçıvan”ın baş məşqçisi Əsgər müəllimə uğurlar arzu etmək istəyirəm. Biz isə qarşıdakı çətin oyunumuza hazırlaşmalıyıq” - deyə, o, bildirib.