Çempionlar Liqasının noyabrın 4-də baş tutacaq IV turunun 8 matçına hakim təyinatları açıqlanıb.
"Borussiya" (Dortmund) - "Qalatasaray" oyunu çexlərə tapşırılıb. Matçın baş hakimi Pavel Kraloveç olacaq.
UEFA A və C qruplarının hər iki oyununa eyni ölkədən olan hakimləri təyin edib. Belə ki, A qrupunun matçlarını ingilis, B qrupunun qarşılaşmalarını ispan hakimlər idarə edəcək.
Günün əsas matçı hesab olunan "Real" - "Liverpul" oyununda ədaləti macar hakimlər qoruyacaq. Görüşün baş hakimi Viktor Kassai olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
IV tur, 4 noyabr
A qrupu
23.45 Malmö (İsveç) - Atletiko (İspaniya)
Baş hakim: Mark Klattenburq (İngilətərə).
23.45 Yuventus (İtaliya) - Olimpiakos (Yunanıstan)
Baş hakim: Martin Atkinson (İngiltərə).
B qrupu
23.45 Bazel (İsveçrə) - Ludoqorets (Bolaqıstan)
Baş hakim: Stepan Lannoy (Fransa).
23.45 Real (İspaniya) - Liverpul (İngiltərə)
Baş hakim: Viktor Kassai (Macarıstan)
C qrupu
21.00 Zenit (Rusiya) - Bayer (Almaniya)
Baş hakim: Alberto Undiano Mallenko (İspaniya).
23.45 Benfika (Portuqaliya) - Monako (Fransa)
Baş hakim: David Fernandes Borbalan (İspaniya).
D qrupu
23.45 Arsenal (İngiltərə) - Anderlext (Belçika)
Baş hakim: Klement Turpin (Fransa).
23.45 Borussiya D (Almaniya) - Qalatasaray (Türkiyə)
Baş hakim: Pavel Kraloveç (Çexiya).