Topaz Premyer Liqasının son turunda doğma arenada "Qəbələ"yə məğlub olan "Araz-Naxçıvan"ın rəhbərliyində istefa yaşanıb. 

Mia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən oyundan sonra istefa verdiyini bildirən icraçı direktor Orxan Cabbarovun ərizəsinə baxılıb. Bu gün rəhbərlik tərəfindən ərizəyə cavab verilib və Orxan Cabbarovun istefa ərizəsi qəbul edilib.