UEFA-nın rəsmi saytında Azərbaycan Premyer Liqasının debütantı "Araz-Naxçıvan" klubu ilə bağlı kobud səhvə yol verilib.

Məlumata görə, komanda ali futbol qurumunun saytında "Araz Naxçıvan" kimi deyil, MKT-Araz klubu kimi təqdim olunub.

Həmçinin saytda komandanın öz loqosu əvəzinə iki il öncə fəaliyyətini dayandıran MKT-Araz klubunun loqosu yerləşdirilib.