Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda bu gün keçiriləcək "Dnepr" - "Qarabağ" oyunu Azərbaycan və Ukrayna telekanalları ilə yanaşı, Rusiya TV-sində də canlı yayımla nümayiş etdiriləcək
Piasport.az-ın məlumatına görə, "NTV Sport Soyuz" telekanalı Ağdam təmsilçininin sözügən matçını yayımlamaq qərarı verib.
Artıq bu matç telekanalın proqramına daxil edilib.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" görüşü bu gün, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.