Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçiriləcək.
Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olacaq. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırır. Bu görüşdə qələbə qazanacaq komanda qrupdan çıxmaq yolunda önəmli addım atmış olacaq. Kiyevdə keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Qeyd edək ki, ilk görüşündə evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" səfərdə "İnter"ə 0:2 hesabı ilə uduzub.
23 oktyabr
Avropa Liqasının qrup mərhələsi, III tur
00:05. "Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)
Kiyev. "Olimpiyski" stadionu.
S | T-F | ||||||
1. | İnter | 0 | 0 | 3:0 | |||
2. | Sent-Etyen | 0 | 0 | 0:0 | |||
3. | Dnepr | 0 | 1 | 1 | 0:1 | 1 | |
4. | Qarabağ | 0 | 1 | 0:2 |