Bu gün Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

Mia.az xəbər verir ki, bu dəqiqələrdə (saat 21.00) E qrupunda ÇSKA (Rusiya) - Mançester Siti (İngiltərə) meydana çıxıblar. Qrupun digər oyunu Roma (İtaliya) - Bavariya (Almaniya) arasındakı qarşılaşma isə digər qrupların oyunu ilə eyni saatda, yəni saat 23.45-də baş tutacaq. Digər qruplardakı qarşılaşmalarla tanış olun:

F qrupu
23.45 Barselona (İspaniya) - Ayaks (Hollandiya)
23.45 APOEL (Cənubi Kipr) - PSJ (Fransa)

G qrupu
23.45 Çelsi (İngiltərə) - Maribor (Sloveniya)
23.45 Şalke 04 (Almaniya) - Sportinq (Portuqaliya)

H qrupu
23.45 BATE (Belarus) - Şaxtyor (Ukrayna) 
23.45 Portu (Portuqaliya) - Atletik (İspaniya)