"Avro-2016"nın seçmə mərhələsində II turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, Azərbaycan millisi bu gün seçmə mərhələdə ikinci matçına çıxacaq.
Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olacaq. İlk oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu görüşdən xalla ayrılmağa çalışacaq. Lakin qrupun aşkar favoriti olan İtaliyanın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, "Renzo Barbera" stadionunda keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Xatırladaq ki, komandamız "Avro-2004"ün seçmə mərhələsində də İtaliya ilə eyni qrupda mübarizə aparıb. Həmin vaxt millimiz evdə rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu.
10 oktyabr
"Avro-2016"nın seçmə mərhələsi, II tur
H qrupu
23:45. İtaliya - Azərbaycan
Hakimlər: Hüseyin Göçek, Mustafa Eyisoy, Orkun Aktaş və Serkan Ok
Palermo. "Renzo Barbera" stadionu.
S | Komandalar | T-F | ||||||
1. | İtaliya | 1 | 1 | 0 | 0 | 2:0 | 3 | |
2. | Xorvatiya | 1 | 1 | 0 | 0 | 2:0 | 3 | |
3. | Bolqarıstan | 1 | 1 | 0 | 0 | 2:1 | 3 | |
4. | Azərbaycan | 1 | 0 | 0 | 1 | 1:2 | 0 | |
5. | Norveç | 1 | 0 | 0 | 1 | 0:2 | 0 | |
6. | Malta | 1 | 0 | 0 | 1 | 0:2 | 0 | |