İngiltərə Premier Liqasında baş tutan London derbisində maraqlı anlar baş verib.

ANS PRESS-in məlumatına görə, "Arsenal" və "Çelsi" arasında baş tutan matçın 21-ci dəqiqəsində klub məşqçiləri arasında mübahisə baş verib. Arsen Venger ilə Jose Mourinyo bir-birlərini itələyib. 

Mübahisəyə səbəb Qarri Kahilin Aleksis Sançesə sərt müdaxiləsi olub. Buna əsəbləşən Mourinyo 4-cü hakimə etiraz edərkən Venger portuqaliyalı mütəxəssisin üzərinə yeriyərək onu itələyib. Müqavimətini itirən Mourinyo isə Vengerin qalstukundan dartıb. 4-cü hakimin araya girməsindən sonra mübahisə səkitləşdirilib. 

Qeyd edək ki, iki baş məşqçi arasında uzun müddətdən bəri davam edən gərginlik var. Mourinyonun Vengeri tez-tez tənqid etməsi tərəflər arasında düşmənçilik münasibətləri yaradıb.