Bu gecə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" səfərdə İtaliya nəhənglərindən olan "İnter”lə  qarşılaşacaq. Qrup mərhələsinin ilk turunda Bakıda "Sent Etyen”dən bir xal alan (0:0) Ağdam klubu Milan səfərindən də ən azı bir xalla qayıtmaq istəyir.

"Cüzeppe Meattsa” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.