Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Peşəkar Futbol Liqasının rəsmi saytında verilən məlumata görə, İK Premyer Liqanın 7-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan Premyer Liqasının VII turunun "Bakı” – "Araz Naxçıvan” matçının 78-ci dəqiqəsində "Bakı”nin məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VII turunun "Neftçi” – "Qarabağ” matçında "Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VII turunun AZAL – "İnter” matçında AZAL və "İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VII turunun "Qəbələ” – "Xəzər Lənkəran” matçında "Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.