İtaliyada qadın voleybolçular arasında təşkil olunun voleybol üzrə dünya çempionatı davam edir. 

Qol.Az-ın məlumatına görə, turnirdə mübarizə aparan Azərbaycan yığması bu gün qrup mərhələsində son  oyununu keçirib.

Komandamızın rəqibi   Kuba voleybolçuları olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən millimiz növbəti mərhələyə vəsiqəni təmin edib.

Xatırladaq ki, Azərbaycan millisi bundan öncə Yaponiya və Puerto-Rikoya 3:2 hesabı ilə qalib gəlib, Çinə və Belçikaya 0:3 hesabı ilə məğlub olub. 

28 sentyabr

Dünya çempionatı

D qrupu

Azərbaycan - Kuba  - 3:1 (25:20, 25:27, 25:20, 25:22)