Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları  çərçivəsində keçirilən "Bakı” – "Araz  Naxçıvan” oyunundan sonra qonaq komandanın oyunçuları ilə azarkeşlər arasında xoşagəlməz hadisə yaşanıb.

Mia.az xəbər verir ki, komandanın zəif oyununa etiraz edən azarkeşlər "Araz  Naxçıvan”ın bəzi oyunçuları tərəfindən təhqir olunublar. Oyunçular ətrafa dəyər vermədən küçə ifadələri ilə azarkeşləri söyüblər. 

Onu da qeyd edək ki, "Bakı” bugünkü oyunda  2:1 hesabı ilə qələbə qazanıb.