Bu gün Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, turun açılış günündə üç qarşılaşma keçirilib.

Turun mərkəzi oyunu Bakıxanov qəsəbə stadionunda baş tutub. 
Burada "Neftçi” əzəli rəqiblərindən olan, Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən  "Qarabağ”ı qəbul edib. Saat 16:00-da başlayan oyun "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunla eyni vaxtda "Bakı” – "Araz  Naxçıvan” matçı da start götürüb. Yeni mövsümdə qələbə qazanmayan "Bakı” doğma meydanda üç xal üçün mübarizə aparıb ki, istəyinə də nail olub. "Zolaqlılar" Naxçıvan təmsilçisini 2:1 hesabı ilə məğlub edib. 

Günün son qarşılaşmasında paytaxt klubları üz-üzə gəlib. AZAL öz meydanında turnir cədvəlinin lideri olan "İnter”i qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.