“Bakı şəhərinin yağış sularından sonra yaranan vəziyyət Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən narazılıq pik həddə çatıb.

Mia.az-ın əldə etdiyi məlumata əsasən, demək olar ki, Bakının bir çox qəsəbələrində ev, iş yerləri, mərkəzi küçələrinin subasmaya məruz qalmasından sonra diqqət bu ADSEA-ya - onun rəhbəri Zaur Mikayılova, xidmət rəisi vəzifəsinin icraçısı Tahir Xəlilova, həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tikinti idarəsinin rəisi (İŞBSTX) Orxan İmanlıya yönəlib.

Məlumata görə,  ADSEA nın aparat rəhbəri Fuad Quliyevə xüsusi yaxınlığı ilə tanınan İŞBSTX nin Tikinti İdarəsinin rəisi Orxan İmanlı bütün tender oyunlarını yeni yaratdığı şirkətlə özü udaraq idarə edir: 

“Bu sahədə ona icra və texniki işlərdə atası kömək edir.  Orxan İmanlı Tikinti İdarəsinin rəisi təyin olunan kimi, şəxsi biznesini qurmağa qərar verib. Hazırda onun Hacıqabul rayonu Muğan qəsəbəsində geniş sahəyə malik restoran kompleksi tikdirməsi haqda xəbərlər də var. Aşağıda təqdim olunan fotolardan da görünür ki, obyektin tikintisində material korluğu çəkilmir...”.

Paytaxt və iri şəhərlərdə kanalzasiya və digər su təsərrüfatı sahəsinin tikintisindəki bərbad durumla müqayisədə ADSEA-nın sahəyə cavabdeh bəzi şəxslərinin keyflərinin günü-gündən kökəlməsi, əlbəttə, mütləq araşdırılmalıdır...

Məlumatda o qeyd olunur ki, Orxan İmanlının İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Publik Şəxsdən QSC-yə çevirilməsi prosesinin yekununda bu quruma rəbər təyinatı da istisna olunmur: “Onun ADESA-da Fuad Quliyev kimi dayağı varsa, nədən olmasın ki?!”.

F.SƏFƏRLİ
MİA.AZ