Azərbaycanlı nazir Böyük Britaniyanın paytaxtı Londonda 4 milyon 600 min funt sterlinqə (10 milyon 342 min manat) mənzil alıb.
Mia.az xəbər verir ki, bunu hazırda xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli feysbuk-dakı hesabında yazıb.
Jurnalist bildirib ki, Londonda köhnə binada bir mənzili 17 yanvar 2002-ci ildə 800,000 funta, 19 iyun 2002-ci ildə 1,090,000 funta, (əvvəlki satışdan təxminən 36% baha), 29 iyul 2002-ci ildə 125,000 funta (bu dəfə 89% aşağı qiymətə) və nəhayət, 19 aprel 2018-ci il tarixdə son satış qiymətindən 3580 faiz bahasına, yəni 4,600,000 funta azərbaycanlı nazirə satıblar: "Az qala 37 dəfə baha! Bunu necə bacarıblar?”.
Jurnalist şərh yazanların suallarına baxmayaraq, Londonda ev alan nazirin adını açıqlamayıb.