Güclü yağışlar Siyəzən rayonunda fəsadlara səbəb olub.

Mia.az APA-ya istinadla xəbər veirr ki, sel suları Siyəzən-Məşrif yolunun üzərində yerləşən körpünü uçurub.

Gilgilçay üzərində 2015-ci ildə tikilən 3 aşırımlı körpü yararsız hala düşüb.

Ətrafda olan kommunikasiya xətləri də zədələnib.

Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.