Bu gün Türkiyə Super Liqasının 28-ci turunda "Fənərbağça" ilə "Beşiktaş" üz-üzə gəlib.

Mia.az xəbər verir ki, gərgin keçən matçdan "Fənərbağça"  90+7-ci dəqiqədə penaltidən Kərəm Aktürkoğlunun atdığı qolla qalib ayrılıb.

Bununla da "Fənərbağça" xalını 63-ə yüksəldərək, "Qalatasaray"la aradakı fərqi 1-ə endiirb.

Fərid ASLAN

mia.az