Bu gün Marriott Buelvard hoteldə AFFA XXXIV hesabat konfransını keçirir.

Mia.az xəbər verir ki, ənənəvi tədbir qurumun il ərzində həyata keçirdiyi fəaliyyətin və maliyyə xərclərinin açıqlanmasına həsr olunub.

Keçən ilki hesabat konfransında həmçinin AFFA İcraiyyə Komitəsinin üzvlərinin seçkisi baş tutmuşdu.

Üzvlər 2 illik təyin edildiyi üçün bu gün yalnız onların fəaliyyətinin hesabatı dinləniləcək.

Tədbir həmçinin cari məsələlərin müzakirəsini nəzərdə tutur.

Zülfiyyə Mustafayeva 
Mia.az