Türkiyə millisinin və “Yuventus”un futbolçusu Kənan Yıldız fenomeni İtaliyada gündəmdədir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İtaliya Seriya A-da mart ayının “yüksələn ulduz”u seçilib.
Bununla da Kənan bu mövsüm ikinci dəfə eyni mükafatı alıb.
Serie A veb saytında verilən açıqlamaya görə, 27-30-cu turlarda 23 yaşdan kiçik oyunçular arasında Kənan ən yaxşı performans göstərib: “Yeni mükafatı Kənan Yıldıza 6 apreldə - “Yuventus”un “Genoa” ilə oyunundan əvvəl təqdim olunacaq”
Fərid ASLAN
MİA.AZ