2026 FİFA Dünya Çempionatının Avropa Seçmə mərhələsinin pley-off mərhələsinin final matçında Bosniya və Herseqovina sensasiyaya imza atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bosniya və Herseqovina ötən gecə İtaliyanı penaltilərdə 4-1 məğlub edərək, adını Türkiyə yığması ilə birlikdə DÇ-2026-nın qruplarına yazdırıb.
Bununla da dördqat Dünya çempionu İtaliya ardıcıl üçüncü dəfə turnirə vəsiqə qazana bilməyib.
Onu da qeyd edək ki, İsveç Polşanı 3-2, Çexiya isə Danimarkanı 3-1 hesabı ilə məğlub edərək Dünya Kubokuna vəsiqə qazanıblar.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi yarış 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.
Fərid ASLAN
MİA.AZ