«Araz Naxçıvan»ın uğurlarında böyük pay sahibi olan «Nəqşicahan» fan-klubunun sədr müavini Famil Cəlalov və klubun idarə heyətinin üzvü İlqar Qulusoy istefa veriblər.
Bu barədə Mia.az-a daxil olan məlumatla bağlı həmkarımız İlqar Qulusoyla danışdıq. İlqar Qulusoy xəbəri təsdiqləyib:
"Nəqşicahana böyük ümidlərlə gəlmişdik. «Araz Naxçıvan»ın uğurları üçün fədakar azarkeş olaraq, həmişə onun yanında olmuşuq. Bütün səfər oyunlarında 90 dəqiqə ayaq üstə «Araz» demişik, ruh yüksəkliyi yaratmaq üçün əlimizdən gələni etmişik.Təbii ki qarşılıqsız. Amma və lakin....».
İ.Qulusoy bildirib ki, nəzərdə tutduqları kifayət qədər maraqlı layihələri və ideyaları da həyata
keçməyib: «Əgər «Nəqşicahan»ın üzvləri səfər oyunları zamanı komandaya
dəstək üçün gedə bilmirsə, o
zaman fanklubda qalmağın yeri yoxdu. Bir daha «Nəqşicahan»dakı
dostlara təşəkkürümüzü bildiririk. Biz sadəcə fanklubdan gedirik . Dostluq, qardaşlıq
öz yerindədi.Yenə də «Araz Naxçıvan»ın azarkeşiyik».
Mia.az