15 yaşlı Kamran Rauf oğlu Qəmbərov Avropa Çempionluğunda qızıl medala sahib qazanıb.
23 sentyabr 1999 – cu il təvəllüdlü Kamran Qənbərov Bakıda anadan olub. Kiçik yaşlarından idmana böyük sevgisi olub. Bakının Yasamal rayonunda yerləşən 175 nömrəli tam orta məktəbin 10 – cu sinif şagirdidir, müəllimlərinə böyük hörmət və rəğbəti vardır.
Yaşıdlarından həmişə qeyri – adi istedadı və bacarığı ilə fərqlənən Kamran Qənbərov 9 yaşından müxtəlif İdman növləri ilə məşğul olub.
Kamran Qənbərov idman
növlərindən daha çox PANKRATİON idman növünə üstünlük vermişdir. Kamran Qəmbərov tanınmış
idmançı Ceyhun müəllimin yetirməsidir. Gənc idmançı Kamran Qəmbərov
qazanmış olduğu bütün qələbələrinin
nailiyyətlərini onu öyrədən, təlim və tərbiyəsi ilə məşğul olan
Ceyhun müəllimin zəhməti hesabına başa
gəldiyini bildirir .
- Kamran idmanın bu növünə həvəs necə yarandı?
- Ailəmizdə hamı idmanı çox sevir. Atam daim idmandan danışardı. Mən məhəlləmizdə yaradılan mini futbol meydançasında futbol oynayırdım, qaçırdım, turniklə məşğul olurdum. Bir günləri mən turniklə məşğul olurdum. Kənardan məni izləyirlərmiş. Məndə idmana olan həvəsi görüblər və atamla danışıb mənim gələcək perspektivlərim barədə atamla söhbət ediblər. Atama deyiblər ki, bu uşaqda cəltlik görmüşük icazə versəniz Sizin uşaqla məşğul olarıq. Atamda razılığ verib. Mən evə gəldim atam mənə bildirdi ki, tanınmış, nüfuzlu, çempionatlar qazanmış müəllim səninlə məşğul olacaq. Məndə bu idmana maraq köstərib Ceyhun müəllimin öyrətdiklərini öyrənməyə çalışırdım, hətta müəllimin öyrətdiklərini ev şəraitindədə təkrarlayırdım ki, çempion olum.
- Uğurların barədə nə deyə bilərsən və yarış zamanı hansı hissləri keçirirsən?
- Uğurlarımın əsas səbəbkarı Ceyhun müəllimdir. Müəllim mənimlə daha çox məşğul olur və məni çox öyrədir. Qazandığım qələbəni müəllimin sayəsində olduğunu deyə bilərəm. Yarışlar zamanı isə çox həyəcanlar keçirirdim. İstəyim o idi ki, qələbə qazanmalıyam və qələbə ilə Azərbaycanımıza qayıdım.
- Gənc dostlarına nə arzu edərdin?
- İdmançı dostlarıma
onu arzu edərdim ki, bütün
yarışlarda uğurlar qazansınlar, Respublikamıza qızıl medallar gətirsinlər, ölkəmizi
təmsil etsinlər və çoxlu diplomları olsun.