Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Son turda "Xəzər Lənkəran"ı məğlub edən "Neftçi" klubu Qəbələyə səfər edib. Qonşu pillələrdə və xalları eyni olan komandaların qarşılaşmasında hesab açılmayıb. Bu, hər iki komandanın cari Premyer Liqada ilk heç-heçəsi olub.
Turun son qarşılaşmasında "Qarabağ" öz meydanında "Simurq"u sınağa çəkib. Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi "Qarabağ" klubu bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
21 sentyabr (bazar)
Azərbaycan Premyer Liqası, 6-cı tur
20:00. "Qarabağ” – "Simurq” -1:0
Qol: Vüqar Nadirov, 65 (1:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
18:00. "Qəbələ” – "Neftçi” - 0:0
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov
Qəbələ şəhər stadionu.