Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ikinci oyun gününə daha 2 qarşılaşma nəzərdə tutulub.

Mövsümə iddalı başlayan  "Sumqayıt” öz meydanında AZAL-la qarşılaşıb. "Kimyaçılar” bu görüşdə qələbə qazanarsa, yenidən liderliyə yüksələcəkdi. Lakin oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0. 

Günün ikinci oyunu Lənkəranda keçiriləcək. Burada yeli "Xəzər Lənkəran” Premyer Liqamızın dübütandı "Araz Naxçıvan”ı qəbul edib. Qarşılaşma Lənkəran təmsilçisinin 2:0 hesablı qələbəsi başa çatıb. 

Qeyd edək ki, Premyer Liqada 6-cı tura bazar günü keçiriləcək "Qarabağ” – "Simurq” oyunu ilə yekun vurulacaq.