Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) bu gün mərc oyunlarına pul qoyan daha 489 nəfərlə bağlı qərarını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Bildirilib ki, PFDK mərc oyunları ilə bağlı araşdırmanı yekunlaşdırıb və aralarında futbolçu, hakim, menecer və kluub rəsmilərinin də olduğu daha 489 nəfəri 2 aydan 12 aya qədər müddətə futboldan uzaqlaşdıracaq qərar qəbul edib.

Fərid ASLAN

Mia.az