"Fənərbağça"nın qolkiperi "Kasımpaşa"ya transfer olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İrfan Can Kahveci "Kasımpaşa"ya icarəyə verilib.

Məlumata görə, klub onunla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Xəbərdə deyilir ki, İrfan Can Kahveci müqaviləyə imza atan kimi, bu gün "Kasımpaşa"nın Antalyadakı təlim-məşq toplanışına qatılıb.

Xatırladaq ki, oktyabr ayından "Fənərbağça"nın əsas 11-liyinə düşə bilməyən İrfan Can Kahveci bu mövsüm 12 matçda forma geyinib.

Fərid ASLAN

Mia.a