Ötən axşam Portuqaliyanın "Benfika" komandaısanın yarımfinalda "Braqa"ya 3-1 hesabı ilə məğlub olduqdan sonra Benfika"nın baş məşqçisi Joze Mourinyonun istefasını gündəmə gətirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mövsümün ilk yarısı bitməmiş çempionluğu "Portu"ya uduzmaqla bəribaşdan itirən "Benfika"nın kubokdan da uzaqda qalması Joze Mourinyonun taxtını laxladıb.
Məlumata görə, Çempionlar Liqasında "Qarabağ"a evində məğlub olduqdan sonra Joze Mourinyonu komandanın başına gətirən klub prezidentinin artıq səbr kasası daşıb: "O, daha baş məşqçinin nazı ilə oynamaq niyyətində deyil. Artıq onun yerinə mütəxəssis axtarılır"
Yeri gəlmişkən, məğlubiyyətdən sonra Joze Mourinyo adətinə uyğu olaraq futbolçuları günahlandırıb. O, hətta cəza olaraq, oyunçuları evə buraxmayacağını deyib: "Bu gün final oynadığımızı düşünərək evə getməyəcəyik. Bazada qalacağıq. Oyunçular burada gecələyəcək, sabah və ondan sonrakı gün məşqlər var".
Fərid ASLAN
MİA.AZ