"Beşiktaş"da daha bir futbolçu ilə vidalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub 32 yaşlı norveçli sağ cinah müdafiəçisi Jonas Svenssonla yollarını ayırıb.
Bu barədə açıqlama yayan klub rəhbərliyi ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, bu mövsüm "Beşiktaş"da 10 rəsmi oyun keçirən Svensson cəmi iki məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da qeyd edək ki, klub buna qədər qapıçı Mert Günok və Qabriel Paulista ilə da xudafizləşib.
Yonas Svenssona gəldikdə, onun Norveçinı "Rusenborq" komandasıyla müqavilə imzalayacağı gözlənilir.
Fərid ASLAN
MİA.AZ